PSJ-nin futbolçusu İngiltərə yolunda

PSJ-nin futbolçusu İngiltərə yolunda

PSJ-nin futbolçusu Dezire Due “Mançester Siti”nin maraq dairəsinə düşüb. 19 yaşlı cinah hücumçusunun qiyməti 100 milyon avro dəyərləndirilir.

İngiltərə mətbuatı parislilərin Dueni satmaq niyyətində olmadığını yazıb. Əks halda onlar bu transferə görə ən azı 100 milyon tələb edəcəklər.

Qeyd edək ki, bu mövsümdə Due PSJ-nin heyətində 46 oyunda 13 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun komanda ilə 2029-cu ilin yayına kimi müqaviləsi var.

ETOPAZ

Əvvəlki yazı

“Zirə” mükafat və avrokuboklara vəsiqəni təmin etdi

Növbəti yazı

“Real” kubokdan imtina etməyəcək