PSJ-nin futbolçusu ili erkən bitirdi
AVRO-2024-ün seçmə mərhələsində növbəti matçlar keçirilir. Fransa Cəbəllütariqi darmadağın edib – 14:0.
Lakin görüşdə “xoruzlar” üçün xoşagəlməz hadisə də baş verib. Komandanın yarımmüdafiəçisi Uorren Zayr-Emeri zədələnib. PSJ-nin futbolçusu üçün il erkən bitib. O, 2023-ün sonuna qədər yaşıl meydanlara qayıda bilməyəcək.
Orta xətt oyunçusu artıq Parisə gedib. Ona sağ ayaq topuğunun burxulması diaqnozu qoyulub.