PSJ-nin futbolçusu “Bavariya”nın hədəfində
PSJ daha bir gənc istedadını itirmək təhlükəsi ilə üzləşib. “Bavariya” 17 yaşlı Ayman Karini heyətinə qatmağa çalışır.
Fransalılar yarımmüdafiəçinin komandada qalması üçün ona peşəkar müqavilə hazırlayıb. Bunadək Kinqsli Koman, Krisfofer Nkunku, Musa Diabi və Nianzu Kuassini itirən PSJ Karini saxlamaq niyyətindədir. UEFA Gənclər Liqasındakı məhsuldarlığı ilə fərqlənən Ayman təkcə “Bavariya” deyil, digər Avropa klublarının da maraq dairəsinə düşüb.