PSJ-nin Duran arzusu

PSJ-nin Duran arzusu

PSJ “Aston Villa”nın futbolçusu Con Duranın transferi ilə bağlı danışıqları davam etdirir. İngiltərə klubunun kolumbiyalı hücumçu üçün tələb etdiyi məbləğ bəlli olub.

Premyer Liqa təmsilçisi Fransa klubundan 70 milyon avro istəyir. 21 yaşlı forvardın keçidi yanvarda baş tutmasa, PSJ transferi yayda reallaşdırmağa çalışacaq.

Qeyd edək ki, Duran cari mövsümün 27 matçında 12 qol vurub. Onun “Aston Villa” ilə müqaviləsi 2030-cu ilin yayında başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

“Kəpəz” 19 ildən sonra: “Turan Tovuz” üçün ilk

Növbəti yazı

“Qalatasaray” Emersonu istəyir