Jirudan rekord

Jirudan rekord

Olivye Jiru Fransa yığmasının tarixinə düşüb. Hücumçu XXI əsrdə millinin formasını rəsmi qarşılaşmalarda geyinən ən yaşlı sahə oyunçusu olub.

Jiru AVRO-2024-ün İrlandiya ilə seçmə matçında (1:0) iştirak edib. O, 36 yaş 178 günlüyündə meydana çıxıb.

Olivye Lilian Türamın rekordunu qırıb. Sabiq müdafiəçi 36 yaş 164 günlüyündə milli forma geyinib.

Qeyd edək ki, Jiru yığmadakı 121 oyunda 53 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Manenin Tuxel arzusu

Növbəti yazı

Mövsümün ilki