PSJ Mbappeyə əvəzləyici tapdı
PSJ “Real”ın futbolçusu Vinisius Juniora elçi düşüb. Fransa klubu braziliyalı hücumçunu heyətinə qatmaq istəyir.
Parislilər Kilian Mbappenin komandadan gedəcəyi ilə barışıb. Fransalı hücumçu “Real”a keçsə, Vinisius onu əvəzləməlidir.
Braziliyalı cari mövsümdə 35 matç keçirib. Onun hesabında 18 qol var.