PSJ Markinyosu satmayacaq
PSJ futbolçusu Markinyosu satmaqdan imtina edib. Braziliyalı müdafiəçi Səudiyyə Ərəbistanından təklif alıb.
Lakin Fransa klubu kapitanını “Əl-Nəsr”ə buraxmayıb. 29 yaşlı arxa xətt oyunçusu növbəti mövsümdə də PSJ-də qalacaq.
Cənubi amerikalının özü də Parisdə qalmaq istəyir. O, 2013-cü ildən formasını geyindiyi komandadan getmək fikrində deyil.