PSJ Kanteni istəyir
PSJ orta xəttini gücləndirməyi düşünür. Fransa təmsilçisi “Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante ilə maraqlanır.
Parislilər futbolçunu transfer etmək uğrunda mübarizədə “Barselona” ilə yarışacaq. Kantenin “Çelsi” ilə hazırkı müqaviləsi 2022/2023 mövsümünün sonuna qədərdir.