PSJ Fransa çempionu oldu
Fransa çempionatında qalibin adı müəyyənləşib. PSJ sona 5 tur qalmış çempionluğunu rəsmiləşdirib.
Parislilər 10-cu dəfə turnirin qalibi olub. Komanda “Sent-Etyen”in rekordunu təkrarlayıb. “Marsel”in isə 9 belə titulu var.
Maurisio Poçettinonun yetirmələri 34 turda 78 xal toplayıb və “Marsel”i 16 xal qabaqlayır. Cənublular son 5 matçda maksimum 15 xal qazana biləcəyindən, PSJ onlar üçün əlçatmazdır.