PSJ-dan xal itkisi
Fransa çempionatının 13-cü turunda daha 3 oyun baş tutub. PSJ öz meydanında xal itirib.
Çempion “Nant”la bacarmayıb. Hesabı 2-ci dəqiqədə Aşraf Hakimi açıb. Qonaqlar bərabərlik qolunu 38-ci dəqiqədə vurublar. 33 xal toplayan PSJ ən yaxın izləyicisini 7 xal qabaqlayır.
Fransa Liqa 1
13-cü tur
“Renn” – “Sent-Etyen” – 5:0
“Brest” – “Strasburq” – 3:1
PSJ – “Nant” – 1:1