PSJ-dən yeni rekord

PSJ-dən yeni rekord

PSJ yeni rekorda imza atıb. Paris təmsilçisi avrokuboklar tarixində ən böyükhesablı qələbəsini qazanıb.

Fransa klubu pley-offun cavab matçında “Brest”i 7:0 hesabı ilə məğlub edib. Bunadək PSJ-nin ən böyük qələbəsi 7:1 hesabı ilə qeydə alınmışdı. 2001-ci ildə İntertoto kubokunda “Gent”i, 16 il sonra Çempionlar Liqasında “Seltik” üzərində eyni hesablı qələbə əldə olunub.

Qeyd edək ki, PSJ tarixinin bütün turnirlər nəzərə alınmaqla ən böyük qələbəsi Fransa kubokunda rəsmiləşib. Parislilər 1994-cü ilin yanvarında “Kot-Şod”a 10:0 hesabı ilə qalib gəlib.

ETOPAZ

Əvvəlki yazı

“Real”dan inamlı qələbə, “Yuventus” mübarizəni dayandırdı

Növbəti yazı

Azərbaycan mövqeyini qorudu