PSJ-dən yeni rekord

PSJ-dən yeni rekord

PSJ yeni rekorda imza atıb. Paris təmsilçisi bunu Liqa1-in “Nant”la oyununda rəsmiləşdirib.

Paytaxt klubu XXIX turdan təxirə salınan səfər görüşündə bir xal qazanıb – 1:1. Bununla da PSJ-nin rəqib meydanlarındakı çempionat matçlarında məğlubiyyətsizlik seriyası 39-a çatıb.

Bu, “Böyük beşlik” liqaları üçün yeni rekorddur. Əvvəlki rekord “Milan”a məxsus idi. A seriyasında 38 səfərdə uduzmayan komandanın rekordu 32 ildən sonra qırılıb.

Qeyd edək ki, “Milan”ın seriyası 1991-93-cü illərə əhatə edib.

ETOPAZ

Əvvəlki yazı

“Abşeron”dan əzmkar qələbə

Növbəti yazı

Vinisius üçün təhlükə