PSJ-dən yeni rekord
PSJ “Böyük beşlik” liqalarının rekordunu təkrarlayıb. Fransa klubu buna Liqa1-dəki məğlubiyyətsiz oyunlar seriyası ilə nail olub.
PSJ 38 səfərdir xalsız qalmır. Bu müddətdə 30 qələbə və 8 heç-heçə qeydə alınıb. Parislilər “Milan”ın 1993-cü ildə rəsmiləşdirdiyi rekordu təkrarlayıb.
Qeyd edək ki, 29 turdan sonra 71 xalla Liqa1-in lideri olan PSJ növbəti oyunda çempionluğunu rəsmiləşdirə bilər.