PSJ-dən stadionunu istədi
PSJ stadionunu bir oyunluq başqa kluba verə bilər. Buna Fransa kubokunda yaranan vəziyyət səbəb olub.
4-cü divizion təmsilçisi “Versal” yarışın yarımfinalına qədər irəliləyib. Lakin aşağı liqa klubunun stadionu burada yarımfinal keçirilməsi üçün tələblərə cavab vermir.
“Nitsa”nı qəbul etməli olan “Versal” stadion axtarışındadır. Klub rəhbərliyi “Park de Prens”in bir matçlıq onlara verilməsi üçün PSJ-dən xahiş edib.
Qarşılaşma martın 1-də və ya 2-də keçirilməli olduğundan “Versal” bu həftə qərarını federasiyaya çatdırmalıdır. “Nitsa” rəhbərliyi başqa variantın olmayacağı halda oyunu öz stadionunda keçirməyə razıdır.