PSJ-dən Salaha cəlbedici təklif
PSJ Məhəmməd Salahı heyətinə qatmağa qərar verib. Fransa klubu misirli hücumçunu yayda azad agent kimi əldə etmək istəyir.
Salahın “Liverpul”la müqaviləsi mövsümün sonunda başa çatacaq. Paris təmsilçisi hücumçuya 3 illik müqavilə təklif edəcək. Ona həftəlik 300 min avro vəd olunacaq.
“Liverpul” isə forvardına 2 illik anlaşma və həftəlik 200 min təklif edir.
Qeyd edək ki, Salah mövsümün 26 oyununda 20 qol və 17 assist müəllifi olub.