PSJ-dən Poçettinoya vida
PSJ baş məşqçisi Maurisio Poçettino ilə yollarını ayıracaq. Bununla bağlı tərəflər arasında razılıq əldə olunub.
Argentinalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam veriləcək. Bu, ötən mövsümün yekunlarının müzakirəsi ilə bağlı görüş zamanı əldə olunub.
Qeyd edək ki, Poçetinnonun müqaviləsi 2023-cü ilin yayına qədər nəzərdə tutulmuşdu.