PSJ-dən növbəti transfer
PSJ koreyalı futbolçu Li Kan İni transfer edib. Müqavilə müddəti 2028-ci ilədək nəzərdə tutulub.
Paris klubu bu transferə görə, “Malyorka”ya 22 milyon avro ödəyib. 22 yaşlı yarmmüdafiəçi İspaniya çempionatındakı oyunu ilə bir çox klubların diqqət mərkəzinə düşüb. Koreyalı futbolçu karyerasını Fransada dam etdirmək qərarı verib.