PSJ-dən Markinyos qərarı
PSJ futbolçusu Markinyosla yeni müqavilə imzalayacaq. Braziliyalı müdafiəçi ilə anlaşma 2026-cl ilədək uzadılacaq.
Tərəflər artıq müqavilənin şərtlərini razılaşdırıb. 27 yaşlı futbolçu 2013-cü ildən Paris təmsilçisində çıxış edir. O, 9 il əvvəl “Roma”dan 31,4 milyon avroya transfer olunub. Markinyos Liqa1-in cari mövsümündə 17 matçda 3 qol vurub.