PSJ-dən Markinyos qərarı
PSJ rəhbərliyi futbolçusu Markinyosla bağlı qərarını verib. Onunla yeni müqavilə imzalanacaq.
Bunu braziliyalı müdafiəçinin özü açıqlayıb. O bildirib ki, yeni anlaşma ilə bağlı danışıqlar yekunlaşmağa yaxındır.
28 yaşlı futbolçu sözləşmə ilə bağlı razılaşdıqlarını qeyd edib. Tərəflər 2027-ci ilədək nəzərdə tutulan müqavilə imzalayacaq.
Qeyd edək ki, Markinyosun indiki anlaşması 2024-cü ilin yayında başa çatacaq.