PSJ-dən antirekord

PSJ-dən antirekord

PSJ Liqa1-in 5-ci turunda “Nitsa” ilə görüşüb. Paris klubu evdə 2:3 hesabı ilə uduzub.

5 matçdan sonra hesabında 8 xal olan paytaxt təmsilçisi turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Bu, “Qatar Sports Investments” (QSI) fondunun PSJ-nin sahibi olduğu dövrdə ən uğursuz startdır.

Asiyalılar 2011-ci il mayın 31-də klubun 70 faizini, sonradan isə digər hissəsini alıb. 12 ilin 5 tur üçün antirekordu cari mövsümdə gerçəkləşib.

ETOPAZ

Əvvəlki yazı

Beş oyundan sonra istefa

Növbəti yazı

Finalçılar müəyyənləşdi