PSJ-də yeni müqavilə
PSJ Nuno Mendeşin transfer hüququna yiyələnib. Bu barədə Paris klubu məlumat yayıb.
Bildirilib ki, portuqaliyalı müdafiəçi “Sportinq”dən alınıb. 19 yaşlı cinah oyunçusu ötən mövsüm icarə əsasında çıxış etdiyi Fransa çempionu ilə 4 illik müqavilə imzalayıb. Bu keçid Lissabon klubuna 40 milyon avro qazandırıb.
Qeyd edək ki, Nuno Mendeş ötən mövsüm 40 oyunda 3 məhsuldar ötürmə verib.