PSJ-də yeni müqavilə
PSJ Unai Zayr-Emeri ilə bağlı qərarını verib. Klub onun çıxışından məmnundur.
Parislilər futbolçu ilə yeni müqavilə imzalamaq niyyətindədir. Klub rəhbərliyi sözləşməni hazırlamağa başlayıb. Yeni anlaşma 5 illik nəzərdə tutulub.
Qeyd edək ki, Zayr-Emerinin hazırkı sözləşməsi 2025-ci ilin iyununa qədərdir.