PSJ-də yeni baş məşqçi
PSJ-nin yeni baş məşqçisi müəyyənləşib. Fransa klubu Luis Enrikeni futbol ictimaiyyətinə təqdim edib.
Bundan sonra Paris klubuna Luis Enrike başçılıq edəcək. Tərəflər iki illik müqaviləyə imza atıblar.
Enrike bu vəzifədə Kristof Qaltyeni əvəz edib.
Qeyd edək ki, Enrikenin son iş yeri İspaniya yığması olub. O, “Roma”, “Selta” və “Barselona” klublarında işləyib.
