PSJ-də vida
Serxio Ramos PSJ-dən ayrılıb. Bunu Fransa klubunun mətbuat xidməti açıqlayıb.
İspan müdafiəçi Paris təmsilçisində iki mövsüm keçirib. 37 yaşlı arxa xətt oyunçusunun müqaviləsi 2022/23 mövsümünün sonunda başa çatıb. Onunla yeni anlaşma imzalanmayıb.