PSJ-də üç itki
PSJ daha üç futbolçusunun xidmətindən məhrum olub. Paris təmsilçisi Liqa1-in “Brest”lə görüşündə Əşrəf Hakimi, Markinyos və Nordi Mukieledən yararlana bilməyəcək.
Əzələ ağrıları olan Əşrəf məşqləri gələn həftə bərpa edəcək. Markinyos isə ən azı 10 günlük sıradan çıxıb. Nordi isə müalicəsini davam etdirir.