PSJ-də itki
Neymar üçün Çempionlar Liqasının qrup mərhələsi başa çatıb. PSJ-nin hücumçusu VI turu buraxacaq.
O, son turun “Yuventus”la görüşündə komandasına kömək edə bilməyəcək. Buna Neymarın cəzalı duruma düşməsi səbəb olub.
Cənubi amerikalı V turun Hayfa “Makkabi”si ilə qarşılaşmada sarı vərəqə alıb. Bu, Neymarın turnirdə 3-cü xəbərdarlığı olduğundan son turda oynamaq şansını itirib.