PSJ-də itki
PSJ-də itki baş verib. Komandanın yarımmüdafiəçisi Uorren Zayr Emeri zədələnib.
O, topuq nahiyəsindən xəsarət alıb. Gənc futbolçu çərşənbə və cümə axşamı komanda ilə məşq etməyib. Emerinin Liqa 1-in “Strasburq”la matçını buraxacağı gözlənilir.