PSJ-də iki itki
PSJ növbəti oyununa itkilərlə çıxacaq. Müdafiəçilər Markinyos və Əşrəf Hakimi Liqa1-in “Lill”lə matçında iştirak etməyəcək.
Futbolçular zədədən sonra bərpa olunmayıb. Bu üzdən onlar 24-cü turu buraxacaq.
Hakimi və Markinyos Çempionlar Liqasının “Bavariya” ilə ev matçında kiçik zədə alıb. Həmin görüşdə fransalılar 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, PSJ Fransa Liqa1-in lideridir.