PSJ-də iki itki
PSJ-də ciddi itkilər baş verib. Komandanın hücumçusu Neymar və müdafiəçisi Serxio Ramos zədələnib.
Onlar Liqa 1-in 22-ci turunun “Tuluza” ilə matçında meydana çıxmayacaqlar. Görüş fevralın 4-də baş tutacaq.
Braziliyalı zədəsini sağaldır və fərdi proqramla məşğuldur. Futbolçu gələn həftənin əvvəlində komanda məşqlərinə başlayacaq. Ramos da gələn həftənin əvvəlində sıralara dönəcək.