PSJ-də baş məşqçidən narazıdırlar
PSJ-nin futbolçuları baş məşqçi Maurisio Poçettinonu klubda istəmir. Oyunçular onun işindən narazıdır.
Komanda üzvləri çalışdırıcının Çempionlar Liqasının “Real”la cavab oyunundakı (1:3) qərarlarından məyusdur. Onların fikrincə, mütəxəssis həddən artıq passiv davranıb. Həmçinin Poçettino özü də PSJ-dəki durumundan narahatdır. “Tottenhem”in sabiq çalışdırıcısı yenidən İngiltərə Premyer Liqasında çalışmaq arzusundadır.
Qeyd edək ki, ötən ilin yanvarından PSJ-yə rəhbərlik edən Maurisio Poçettinonun müqavilə müddəti gələn mövsümün sonuna qədərdir.