PSJ-də 3 yeni müqavilə
PSJ 3 oyunçusu ilə müqavilə yeniləyib. Klub Əşrəf Hakimi, Vitinya və Nuno Mendeş ilə 2029-cu ilə qədər sözləşmə imzalayıb.
Bu barədə parislilərin mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Əşrəf 2021-ci ildə, Vitinya və Mendeş isə 2022-ci ildə Paris təmsilçisinə qoşulub.
Qeyd edək ki, PSJ Fransa Liqasında 22 turdan sonra 53 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.