PSJ-də 2 ayrılıq
PSJ-nin yayda yola salacağı iki futbolçunun adı bəlli olub. Paris klubu mövsümün sonunda Serxio Ramos və Əşrəf Hakimi ilə vidalaşacaq.
Fransa təmsilçisi 36 yaşlı ispaniyalı müdafiəçi Serxio Ramosa yeni müqavilə təklif etməyəcək və o, komandadan azad agent kimi ayrılacaq. 24 yaşlı mərakeşli arxa xətt oyunçusu Əşrəf Həkimi isə satışa çıxarılacaq.