PSJ Bundesliqadan 3 futbolçu istəyir
PSJ heyətini gücləndirmək niyyətindədir. Klub Bundesliqadan üç futbolçu ilə maraqlanır.
Parislilər Mönhenqladbax “Borussiya”sından Markus Türam, Manu Kone və “Ayntraxt”dan Randal Kolo-Muanini heyətinə qatmaq niyyətindədir. Randalın transferi 80-100 milyon avroya başa gələ bilər.
Konenin keçidi 25-35 milyon qiymətləndirilir. Türam isə “Borussiya” ilə müqaviləsi 2023-cü ilin yayında başa çatdığı üçün azad agent olaraq PSJ-yə keçə bilər.