PSJ “Arsenal”ı məğlub etdi
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə start verilib. İlk oyun günündə 1 matç keçirilib.
PSJ İngiltərədə “Arsenal”ın qonağı olub. Görüşdə hesab erkən açılıb. 4-cü dəqiqədə Osman Dembele fərqlənib. Bu, matçda yeganə qol olub.
UEFA Çempionlar Liqası
Yarımfinal
29 aprel
23:00. “Arsenal” (İngiltərə) – PSJ (Fransa) 0:1
Qol: O. Dembele, 4