PSJ 100-ə çatdı
Fransa Liqa1-nin XXXV turunda “Strasburq”la oyun PSJ üçün əlamətdar olub. Paris təmsilçisi 3:3 hesabı ilə başa çatan qarşılaşmada cari mövsümdəki ümumi qol sayında 100-ü keçib.
Matçda son top Fransa çempionunun bütün turnirlərdəki 101-ci qolu olub. Bununla PSJ ardıcıl 10-cu mövsümdə qatıldığı bütün yarışlarda 100 qol həddinə çatıb və “Bavariya”nın rekordunu təkrarlayıb.
Qeyd edək ki, Liqa1-də aktivində 79 xal olan PSJ ötən tur çempionluğu təmin edib.