Prins Ovusu “Qəbələ”nin tarixinə düşdü

Prins Ovusu “Qəbələ”nin tarixinə düşdü

Azərbaycan kubokunun II təsnifat mərhələsində keçirilən “Qəbələ” – “Mingəçevir” oyunu Prins Ovusunun het-triki ilə yadda qalıb. 19 yaşlı qanalı futbolçu klub tarixində bir oyunda üç qol vuran 7-ci oyunçu olub.

Bu barədə “qırmızı-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

“Qəbələ”nin tarixində het-trik müəllifi olan digər futbolçular Vüsal Qarayev, Fərzad Hatəmi, Teo Uiks, Baqali Dabo, Filip Ozobiç və Bilel Auaşeridir.

Qeyd edək ki, “Qəbələ” – “Mingəçevir” qarşılaşması meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

ETOPAZ

Əvvəlki yazı

X turun təyinatları bəlli oldu

Növbəti yazı

“Tottenhem”dən La Liqaya