Premyer Liqanın rekordçusu
“Vest Hem” Premyer Liqanın 7-ci turunun təxirə salınan oyununda “Nyukasl”la qarşılaşıb. 1:5 hesabı ilə uduzan London klubunun qoluna Kurt Zuma imza atıb.
Fransalı müdafiəçi Premyer Liqadakı 12 qolundan 11-ni başla vurub. O, 92 faizlik göstəriciyə malikdir. Zuma Premyer Liqada ən azı 10 qol vuranlar arasında rekordçudur.
Zuma 2014/15 mövsümündən İngiltərədə çıxış edir. O, həmin vaxt “Sent Etyen”dən “Çelsi”yə keçib.