Premyer Liqanın püşkatma mərasiminin tarixi müəyyənləşdi
Azərbaycan Premyer Liqasında 2024/2025-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib. Bunu PFL-in mətbuat xidməti açıqlayıb.
Mərasim iyulun 16-da AFFA-nın inzibati binasında baş tutacaq. Tədbir saat 15:00-da başlanacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 2-də start götürəcək.