Premyer Liqanın 12-ci turu “Zəfər turu”dur!
2020-ci ilin 27 sentyabrında başlayan, 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu işğalda olan torpaqlarımızı azad etdi. Şanlı qələbəmizdən sonra 8 Noyabr ölkəmizdə “Zəfər Günü” olaraq təsis edilib.
Peşəkar Futbol Liqası qələbəmizin 3-cü ildönümü münasibətilə Azərbaycan Premyer Liqasının 12-ci turunun “Zəfər turu” elan edilməsi barədə qərar qəbul edib.