Premyer Liqanın ən yaxşısı müəyyənləşdi

Premyer Liqanın ən yaxşısı müəyyənləşdi

İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib. “Brenford”un braziliyalı hücumçusu İqor Tiaqo ötən ayın ən yaxşısı seçilib.

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

24 yaşlı forvard azarkeşlər və ekspertlərin səslərinə əsasən hamını qabaqlayıb. İqor Tiaqo noyabr ayında İngiltərə çempionatında meydana çıxdığı 4 matçda 5 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Mareska ayın məşqçisi seçildi

Növbəti yazı

Günün kuponu – 13.12.2025