Premyer Liqada “Zəfər turu”
Azərbaycan Premyer Liqasında “Zəfər turu” keçiriləcək. Bu barədə qərarı Peşəkar Futbol Liqası verib. II Qarabağ Müharibəsindəki qələbəmizin ildönümü münasibətilə Premyer Liqanın X turunun “Zəfər turu” elan edilməsi barədə qərar qəbul olunub.
2020-ci ilin 27 sentyabrında başlayan, 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu işğalda olan torpaqlarını azad etdi. Şanlı qələbəmizdən sonra 8 Noyabr ölkəmizdə “Zəfər Günü” olaraq təsis edilib.
Xatırladaq ki, “Zəfər turu”nda noyabrın 6-da “Sabah” – “Zirə” və “Keşlə” – “Neftçi”, ertəsi gün “Sumqayıt” – “Qarabağ” və “Səbail” – “Qəbələ” oyunları keçiriləcək.