Premyer Liqada yeni rekord
“Mançester Siti” Premyer Liqanın 23-cü turunda növbəti qələbəsini qazanıb. “Şəhərlilər” “Aston Villa”nı məğlub edib – 3:1.
Bu, Pep Qvardiolanın Mançester təmsilçisində Premyer Liqada 250-ci matçı olub. Onun yetirmələri 184-cü dəfə qalib gəlib.
Bu, Premyer Liqa tarixində yeni rekorddur. İlk 250 matçda ən çox qələbəsi olan məşqçi Yurgen Klopp idi. Almaniyalı “Liverpul”da 160 dəfə qalibiyyət sevinci yaşamışdı.