Premyer Liqada təxirəsalma
İngiltərə Premyer Liqasında daha bir oyun təxirə salınıb. Bunu XXII turda “Lester”lə görüşməli olan “Bernli” açıqlayıb.
Buna səbəb komandanın heyətində koronavirusa yoluxanların çox olmasıdır. “Bernli”nin matç üçün zəruri sayda oyunçusu qalmayıb. “Bernli” – “Lester” qarşılaşması sabah keçirilməli idi.