Premyer Liqada təxirəsalma
İngiltərə Premyer Liqasının təqvimində dəyişiklik olub. 27-ci turun “Mançester Yunayted” – “Sauthempton” matçı təxirə salınıb.
Görüş martın 11-də keçirilməli idi. Lakin Mançester təmsilçisinin Avropa Liqasında 1/8 finala adlaması oyunun vaxtının dəyişdirilməsini zəruri edib.
Qarşılaşma martın 12-də keçiriləcək. “Qırmızı şeytanlar” bundan üç gün əvvəl avrokubok matçında “Betis”lə görüşəcək.