Premyer Liqada məhsuldar heç-heçə
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vurulub. Çempionatın son matçında “Araz-Naxçıvan”la “Qarabağ” üz-üzə gəlib.
Oyunda hesabı Naxçıvan təmsilçisi açıb. Elvis Maşike fərqlənib
“Qarabağ” Olavio Juninyonun qolu ilə hesaba tarazlıq gətirib. Vadim Abdullayevin avtoqolu çempionu irəli çıxarıb.
İkinci hissədə meydan sahibləri bərabərlik qolu vurublar. Abdulla Rzayev fərqlənib – 2:2.