Premyer Liqada legioner limiti ləğv edildi

Premyer Liqada legioner limiti ləğv edildi

Azərbaycan Premyer Liqasında legioner limiti ləğvi olunub. Bu barədə qərar AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasında verilib.

Yenilik 2025/2026-cı illər mövsümündən tətbiq olunacaq. Yeni mövsümdən legioner limitində aşağıdakı kriteriyalar tətbiq olunacaq:

Oyunun sifariş vərəqəsində maksimum 17 əcnəbi futbolçu ola bilər. Meydanda eyni anda 11 əcnəbi futbolçu oynaya bilər.
 
Legioner futbolçular üçün rüsum aşağıdakı kimi olacaq:
1 legionerdən 7 legionerə qədər: 5000 (beş min) AZN
8-dən 12-yə qədər: 10000 (on min) AZN
13-dən 15-ə qədər: 100000 (yüz min) AZN
16 və daha yuxarı: 200000 (iki yüz min) AZN

Öz ölkəsinin milli komandasının üzvü olub-olmamasından asılı olmayaraq, bütün legionerlərə rüsum tətbiq ediləcək.

Heyətində yerli futbolçular oynadan klublara xüsusi hesablama metodu ilə bonus ödəniləcək. Bonuslar legioner rüsumundan əldə ediləcək vəsaitdən veriləcək.
 

ETOPAZ

Əvvəlki yazı

Premyer Liqada komanda sayı artırıldı

Növbəti yazı

Çukvuemeka “Borussiya”da