Premyer Liqada komanda sayı artırıldı
Azərbaycan Premyer Liqasında klub sayı artırılıb. Bu barədə qərar AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasında verilib.
2025/2026-cı illər mövsümündən komanda sayının 10-dan 12-yə artırılması qərara alınıb. Çempionatın əsasnaməsi və formatı İcraiyyə Komitəsinin növbəti toplantısında müzakirə ediləcək.