Premyer Liqada istefa
İngiltərə Premyer Liqasında baş məşqçi istefası gerçəkləşib. “Bornmut” Skott Parkerlə yollarını ayırıb.
Klub rəhbərliyi 42 yaşlı mütəxəssisin müqaviləsinə vaxtından əvvəl xitam verib. Buna komandanın uğursuz nəticələri səbəb olub.
“Bornmut” Premyer Liqanın IV turunda səfərdə “Liverpul”a 0:9 hesabı ilə uduzub. Mövsümə “Aston Villa” üzərində qələbə ilə başlayan (2:0) Parkerin yetirmələri ardınca “Mançester Siti”yə 0:4, “Arsenal”a isə 0:3 hesabı ilə məğlub olub. Ardıcıl üç görüşdə böyük hesabın qeydə alınması mütəxəssisin istefası ilə nəticələnib.
Qeyd edək ki, Parker 2021-ci ilin yayından “Bornmut”a rəhbərlik edirdi.