Premyer Liqada daha bir istefa
Premyer Liqai “Notinqem Forest”də də baş məşqçi dəyişikliyi ola bilər. “Meşəbəyi”lər baş məşqçi Stiv Kuperi istefaya göndərmək istəyir.
Son 8 oyunda qələbə qazana bilməyən komanda hazırda 27 xalla 17-ci sırada qərarlaşıb. Komandanın rəhbərliyi bu durumu düzəltməsi üçün 43 yaşlı mütəxəssisə daha bir neçə oyunluq şans vermək istəyir.
Qeyd edək ki, Stiv Kuper 2021-ci ildən “Notinqem Forest”in baş məşqçisidir.