Premyer Liqada baş məşqçilər və kapitanlarla görüş

Premyer Liqada baş məşqçilər və kapitanlarla görüş

İngiltərə Premyer Liqasında oyunların təqvimi və futbolçuların rahatlığı ilə bağlı iki görüş keçiriləcək. Çempionatın təşkilatçıları ilk görüşü baş məşqçilərlə keçirəcək.

Orada matçların təqvimində mümkün dəyişiklik müzakirə olunacaq. Məşqçilər Milad tətili zamanı komandaların keçirəcəyi görüşlərin sayından narahatdırlar. Çünki bir çox futbolçu koronavirusa yoluxduğu üçün sıradan çıxıb. Məşqçilər həmçinin oyunlar zamanı beş əvəzetmənin mümkünlüyünü xahiş edə bilərlər.

İkinci görüş isə klub kapitanları və təcrübəli futbolçularla olacaq. Orada oyunçuların rifahı müzakirə olunacaq. Futbolçular, xüsusilə də, koronavirusun son epidemiyası zamanı onlarla düzgün məsləhətləşmələr aparılmamasından narazıdırlar.

ETOPAZ

Əvvəlki yazı

Bombardirə Aquero mükafatı

Növbəti yazı

“Qızıl samba”ya 30 namizəd